16 vətəndaşı vəhşicəsinə öldürən əsgərin adı bəlli oldu

DÜNYA
13:40 17.03.2012
1525

ABŞ Əfqanıstanda 16 dinc vətəndaşı qətlə yetirən əsgərin kimliyini açıqlayıb.

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, qorxunc qətliamı törədən əsgərin adının Robert Bales olduğu bildirilib.

Baş çavuş rütbəsindəki Bales Kanzasdakı bir hərbi nəzarətxanada saxlanılır.

Evli və iki uşaq atası olan 38 yaşlı Balesin hadisə əsnasında ağlının yerində olub-olmadığını müəyyənləşdirmək üçün mütəxəssislər tərəfindən müşahidə altında saxlanıldığı açıqlayıb.

11 ildir ABŞ ordusunda xidmət edən Balesin daha əvvəl üç dəfə İraqda xidmətdə olduğu açıqlanıb. İraqdakı xidmət əsnasında iki dəfə yaralanan Balesin Əfqanıstana getmək istəmədiyi və hücumdan bir gün əvvəl bazadakı bir yoldaşının ayağının qopmasına şahid olduğu bildirilir.

Robert Balesin kimliyinin açıqlanmasından sonra Vaşinqtondakı ailəsi mühafizə altına alınıb.

OXŞAR XƏBƏRLƏR