16 yaşında varlanan qadının başına görün nələr gəldi

16 yaşında varlanan qadının başına görün nələr gəldi
DÜNYA
16:46 06.08.2025
242
İngiltərədə 16 yaşında lotereyada qalib gələn Kalli Rocers sərvətindən daha çox yaşadığı çöküşdən danışıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, uşaqlıqda qazandığı 1,8 milyon funt-sterlinq (təxminən 3.6 milyon manat) mükafat onun həyatını sonradan kabusa çevirib.
 
Belə ki, Kalli çirkin münasibətlər, maddə asılılığı, yol qəzaları və zorakılığın qurbanı olub.
 
Onun sürücülük vəsiqəsi 2021-ci ildə əlindən alınıb və 2018-ci ildə ona fiziki zorakılıq edilib, hücum zamanı qabırğaları sınıb, dişlərini və görmə qabiliyyətini itirib.

İndi beş uşaq anası olan Kalli var-dövlətini itirdikdən sonra həyatının bəlkə də ən dramatik anını yaşayıb.
  
"Pulum bitəndə ilk dəfə özümü həqiqətən rahat hiss etdim" - deyə bildirib.

Qeyd edək ki, lotereya şirkəti Kalliyə psixoloji və maliyyə dəstəyi təklif etdiklərini, lakin o, bu xidmətlərdən imtina etdiyini açıqlayıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR