Yeniyetmə hadisə nəticəsində ağır yanıq xəsərati alıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib.
Yük qatarının vaqonuna çıxıb selfi etmək istəyən 16 yaşlı Tunahan Ö-nü cərəyan vurub.
Vaqonun üstündən keçən yüksək gərginliyə toxunan Tunahan zərbənin gücündən betonun üzərinə yıxılıb. Yeniyetmə hadisə nəticəsində ağır yanıq xəsərati alıb və təəcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis təhlükəsizlik kameralarındakı görüntüləri nəzarətə götürüb.
Qızılgül
Azxeber.com