16 yaşlı oğlanı öldürüb Sədərəkdə basdırdı - TƏFƏRRÜAT

16 yaşlı oğlanı öldürüb Sədərəkdə basdırdı - TƏFƏRRÜAT
SOSİAL
14:13 03.10.2023
1160

Keçən ilin sentyabrında Bakıda 16 yaşlı Hüseynağa Şeydabəyovu qətlə yetirən və meyitini xeyli müddət avtomobilində saxladıqdan sonra "Sədərək" ticarət mərkəzinin ərazisində basdıran 1968-ci il təvəllüdlü Babək Quliyevin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Quliyev Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü (köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə və qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirlənidirilib.

Məhkəmə prosesində hadisənin təfərrüatı da məlum olub. Bildirilib ki, B.Quliyevin şəhərin mərkəzində və Bilgəh qəsəbəsində evləri olub. Onun ailə üzvləri, eləcə də 2007-ci il təvəllüdlü qızı vaxtaşırı Bilgəhdəki bağ evinə gedib orada qalırmış. Bu müddət ərzində B.Quliyev yeniyetmə qızının qonşuluqda yaşayan 2006-cı il təvəllüdlü Hüseynağa ilə münasibətinin yarandığını düşünüb. Hadisədən bir neçə gün əvvəl B.Quliyev oğlana zəng edərək xəbərdarlıq edib, həmçinin qızının telefonunu əlindən alıb. Bundan 10 gün sonra, yəni sentyabrın 6-da B.Quliyev gecə saatlarında Bilgəhdəki evinə gedib və həyətdə Hüseynağanı yaxalayıb. O, 16 yaşlı oğlanın əl-qolunu iplə, ağzını yapışqanlı lentlə bağlayaraq özünə məxsus "Toyota Prado" markalı avtomobilə qoyub və Albalılıq adlanan əraziyə aparıb. Burada B.Quliyev Hüseynağanı maşından endirərək ağızını açıb və onu sorğu-sual edib. Daha sonra o, 16 yaşlı oğlanı amansızlıqla döyüb və ölümünə tam əmin olmaq üçün sonda boğub.

Bundan sonra B.Quliyev qətlə yetirdiyi oğlanın meyitini maşına qoyub və yaşadığı evə gedib. O, avtomobildə meyit olması barədə heç kimə məlumat verməyib. Sentyabrın 7-də B.Quliyev işlədiyi "Sədərək" ticarət mərkəzinə gedib və günorta iş başa çatandan sonra Hüseynağanın meyitini oradakı çuxura atıb və traktorla üstünü torpaqla örtüb.

Hadisədən sonra H.Şeydabəyovun ailə üzvləri onun axtarışına çxııblar. Onlar B.Quliyevin evinə gəliblər. Lakin B.Quliyev və ailə üzvləri Hüseynağanı görmədiklərini deyiblər. Polisin itkin kimi axtardığı şəxsin naməlum şəraitdə yoxa çıxması şübhələri Babək Quliyev istiqamətində artırıb və o, törətdiyi əməli etiraf edib. Ötən ilin 10 sentyabr tarixində o, saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda B.Quliyevə 18 il həbs cəzası təyin edilib.

16 yaşlı oğlanın əl-qolunu iplə, ağzını yapışqanlı lentlə bağlayaraq özünə məxsus "Toyota Prado" markalı avtomobilə qoyub və Albalılıq adlanan əraziyə aparıb. Burada B.Quliyev Hüseynağanı maşından endirərək ağızını açıb və onu sorğu-sual edib. Daha sonra o, 16 yaşlı oğlanı amansızlıqla döyüb və ölümünə tam əmin olmaq üçün sonda boğub.

qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı