16 yaşlı qız itkin düşdü

16 yaşlı qız itkin düşdü
SOSİAL
12:52 13.06.2018
5237
Sumqayıt şəhərində 16 yaşlı qız itkin düşüb.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, şəhərin 16-cı mikrarayon ev 91 A ünvanında yaşayan 2002-ci il təvəllüdlü Məmmədova Ülviyyə Reyhun qızı mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınları onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hazırda Ü.Məmmədovanın axtarışları davam edir. 

Onun boyu 1.60 sm, gözləri şabalıdı, çənə nahiyəsində qara xalı və burnunda çapığı var. 

Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə və (055) 323-47-55 telefon nömrəsinə məlumat vermələri xahiş olunur.
 

 


 

OXŞAR XƏBƏRLƏR