Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə boğularaq ölən şəxslərdən biri Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu imiş.
AZXEBER.COM Oxu.Az-a istindən xəbər verir ki, 2003-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Rəvan Şahin oğlu Əliyev boğulmaqda olan 2 nəfəri xilas etməyə çalışıb.
O, 16 yaşlı Sənan Şamayevi dənizdən çıxarmağı bacarıb. Lakin, R.Əliyev digər yeniyetmə - 16 yaşlı Əli Elşən oğlu Cabbarovu xilas edərkən hər ikisi suda boğularaq həlak olub.