Turanın ölümündən istifadə edən dələduzlar ortaya çıxdı - İNSANLARI BELƏ ALDADIRLAR (FOTOFAKT)

SOSİAL
13:59 29.11.2022
1850
Ötən gün Bakıda, Şağan Olimpiya Kompleksində baş verən qətl hadisəsi cəmiyyətdə geniş səs-küyə səbəb olub. 

AZXEBER.COM xəbər verir ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Ruslan Səfixanovun Turan Rüstəmovu qətlə yetirməsi görüntüləri isə cəmiyyətdə ciddi etirazlara və qəzəbə səbəb olub. 

Hadisənin sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilməsi dələduzlar üçün yeni "gəlir qapısı" açıb. 

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bir qrup dələduz hadisədən təsirlənən sosial şəbəkə istifadəçilərinə mərhum Turan Rüstəmovun bacısı adı ilə yazaraq onlardan maddi yardımlar istəyirlər. Dələduzlar Turanın ailəsinin imkanı olmadığını və bunun üçün yardımlar topladıqlarını bildirirlər. 

Həmin ismarıclardan birini təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR