16 yaşlı yeniyetmə onu evdən qovmuş ögey atasını 30 bıçaq zərbəsi ilə öldürüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kırklarelinin Lüleburqaz rayonunda 16 yaşlı yeniyetmə anasının mübahisə zəminində onu evdən qovmuş kəbinli həyat yoldaşını 30 bıçaq xəsarəti ilə qətlə yetirib.
Məlumata görə, F.P daha əvvəl anası ilə yaşayan kişi ilə mübahisə edib. Ailədə yaşanan gərginlikdən sonra F.B. ögey atası tərəfindən evdən qovulub. Mübahisə böyüyərkən F.P ögey atasının başına bıçaqla bir neçə zərbə vuraraq hadisə yerindən qaçıb.
Ağır yaralanan kişi qanlar içində olarkən, xəbər üzərinə polis və sağlamlıq qrupları hadisə yerinə sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından Lüleburgaz Dövlət Xəstəxanasına qaldırılan kişini həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Müayinədə onun bədənində təxminən 30 bıçaq yarası aşkar edilib.
Ayşən