160 saylı avtobus qatarla toqquşmaqdan son anda qurtuldu - RƏSMİ

160 saylı avtobus qatarla toqquşmaqdan son anda qurtuldu - RƏSMİ
SOSİAL
12:36 18.11.2018
10789
Noyabrın 17-də sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və şlaqbaumun avtobusun üzərində olması ilə bağlı video görüntü yayılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev AZXEBER.COM-a bildirib ki, əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq son anda dayandığını ehtimal edirlər:

"Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və ciddi araşdırılıb. Müəyyən edilib ki, 17 noyabr gündüz saatlarında 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və svetofor işləməyib (qırmızı işığı yanmayıb).

Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb. Təqdim edilən video görüntüdən də aydın bilinir ki, şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun banının üstündə olmazdı. Video görüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar”.

Agentlik rəsmisi bütün sosial şəbəkə istifadəçilərindən xahiş edib ki, rastlaşdıqları və qeydə aldıqları hadisələri ictimailəşdirməzdən əvvəl Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər:

"Dəqiqləşdirilməyən və ətraflı araşdırma aparmadan məlumatların təqdim ediməsi yanlış ictimai rəyin formalaşmasına xidmət edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib