1600-dən çox taksi sürücüsü imtahan verəcək

1600-dən çox taksi sürücüsü imtahan verəcək
SOSİAL
09:22 18.11.2025
113
Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün noyabrın 20-də növbəti imtahan keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər.
OXŞAR XƏBƏRLƏR