162 saat sonra dağıntıların altından xilas edilən qızın ilk cümləsi hər kəsi qürurlandırdı - VİDEO

162 saat sonra dağıntıların altından xilas edilən qızın ilk cümləsi hər kəsi qürurlandırdı - VİDEO
DÜNYA
13:52 13.02.2023
297
Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra möcüzəvi qurtuluş xəbərləri gəlməyə davam edir.
 
AZXEBER.COM xəbər verir ki, Hatayda 16 yaşlı Ayşə 162-ci saatda dağıntılar altından xilas edilib.
 
Ayşənin ilk cümləsi "Bizim əsgər ən böyük əsgərdir” olub. Ayşə yenidən həyata dönüb işığa çıxanda "Ən böyük əsgər bizim əsgərimizdir” şüarları ilə onu xilas edən əsgərlərə təşəkkür edib. Bu şüarla 16 yaşlı Ayşə xərəkdə ikən onu xilas edən əsgərlərə və bələdiyyə heyətlərinə mənəvi ruh verib.
 
Qruplar Ayşəni xilas etdiklərinə və onun sağlam olmasına sevinərək şüarlar səsləndiriblər.
 
Xəstəxanaya aparılan Ayşenin səhhətinin yaxşı olduğu öyrənilib. 
 
Həmin görüntüləri təqdim edirik:
 
Mikayıl
 

OXŞAR XƏBƏRLƏR