166 Logistika akademiyası - Beynəlxalq arenada gənclərə uğurlu gələcək vəd edir!

166 Logistika akademiyası - Beynəlxalq arenada gənclərə uğurlu gələcək vəd edir!
İQTİSADİYYAT
16:09 11.07.2024
230
Gənclərin iş təcrübəsi qazanıb, gələcəkdə özünəuyğun sahədə çalışması məqsədi ilə "166 Logistika Akademiyası - 2024”təcrübə proqramına start verib. 
AZXEBER.COM xəbər verir ki, 2019-cu ildən etibarən "166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən davamlı olaraq keçirilən akademiya 100-lərlə gəncin gələcək karyerasına müsbət təkan verib.

"166 Logistika akademiyası” bu ildən etibarən  gənclərə həm ölkədə həm də ölkə xaricində uğurlu gələcək vəd edir.Azərbaycan Respublikası prezidenti və Çin Xalq Respublikası sədrinin bölgə üçün əhəmiyyətli olan mövzulardakı görüşlərindən sonra, iki ölkə arasında olan münasibətlərdə daha güclü və yeni mərhələyə start verilmişdir. Bu isə əlavə iş yerlərinin açılmasına və gənc əməkdaşlara müxtəlif sahələrdə iş fürsəti tanıyır. Bu gün regionda öndə gedən "166 Yükdaşıma və Logistika” şirkəti də bu fürsətdən maksimum yararlanaraq,  Çinin Şanxay, Quanco, Yivu, Sian, Pekin , Çendu, Şencen, Urumçi və digər şəhərlərində gənclərə əməkdaşlıq təklif edir. Burada əsas şərt beynəlxalq münasibətlər sahəsində ilkin biliklərə və  ingilis,rus, çin dillərində sərbəst danışıq qabiliyyətinə malik olmaqdır. 166 Logistika akademiyası qapılarını təkcə Çində deyil, Polşa, Ruminiya, Dubay, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan üzrə də hər kəsə açıq elan edir.

Qeyd edək ki, bu proqramda dördüncü kurs tələbələləri, magistr dərəcəsi üzrə təhsil alan tələbələr və ya yeni məzun olan namizədlər müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər.
"166 Logistika Akademiyası - 2024” təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:

- İnsan resursları
- Nəqliyyatın intellektual idarəolunması
- Data analitikası
- Hüquq
- Maliyyə və mühasibatlıq
- Korporativ əməliyyatlar
- Logistik əməliyyatlar
- Çağrı mərkəzi
- Korporativ satış
- Təchizat 
- İnformasiya texnologiyaları
- Müştəri məmnuniyyəti
- Beynəlxalq münasibətlər və xarici satınalmalar 
- Beynəlxalq daşımalar üzrə əməliyyatlar 
- Web development (php laravel)
- Anbar əməliyyatçısı 
- Araşdırma  və inkişaf şöbəsi
3 ay davam edəcək akademiyaya qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər 166HR.az portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, təcrübə proqramı çərçivəsində iştirakçılara şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.

2019-cu ildən etibarən keçirilən "166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 10000-dən artıq müraciət qeydə alınıb. Bu gün Akademiyanı bitirən şəxslərin əksəriyyəti hal-hazırda "166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə şöbə rəhbəri və digər vəzifələrdə çalışırlar.  
 
Qeydiyyat üçün tarix: 

03.07.2024-31.07.2024

 

 


OXŞAR XƏBƏRLƏR