01:33 Cümə, 15 Noyabr 2019
İDMAN

"17 gün Allahın sınağında oldum" - Böyrək çatızmazlığından əziyyət çəkən dünya çempionu

12:32, 09.11.20199140

Dünya çempionu Ayxan Mamayev uzun müddətdir böyrək çatızmazlığından əziyyət çəkir.

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, 17 gün xəstəxanada yatan karateçinin səhhəti artıq düzəlib. Bu haqda Ayxan özü paylaşım edib:

"17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problmlə bağlı xəstəxanada qaldım. 1 həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. Ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara çox sağ ol demək istəyirəm.

Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi düzəlməyimə sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun".

XƏBƏR LENTİ