17 il əvvəl Kanadada itən təyyarə ABŞ-də tapıldı

DÜNYA
13:55 29.08.2024
154
17 il əvvəl Kanada sərhədində Huron gölünə düşən təyyarənin qalıqları ABŞ-nin Miçiqan ştatında tapılıb. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Miçiqan ştatının Bois Blanc adası yaxınlığında tapılan təyyarənin yaxınlığında 1 ədəd insan sümüyünün qalıqları aşkar edilib.
 
Tibbi ekspertizanın araşdırması nəticəsində qalıqların 56 yaşlı sərnişin Bruk Staufferə aid olduğu aşkarlanıb. 

Məlum olub ki, təyyarə 2007-ci ildə Stoffer və onun 52 yaşlı nişanlısı Karen Dodds tərəfindən idarə edilərkən ABŞ-Kanada sərhədində Huron gölünə düşüb. 

Hadisədən 2 ay sonra Doddsun cansız bədəni göldən tapılsa da Stauffer və təyyarəsinin qalıqları tapılmamışdı.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR