Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 11 vilayətdə böyük dağıntılara səbəb olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri də Hatay olub. Əsrin fəlakətində yerlə-yeksan olan Hatay fevralın 20-də 3 dəqiqəlik fərqlə 6,4 və 5,8 bal gücündə iki zəlzələ ilə sarsılıb.
Şəhərdə minlərlə insan həyatını itirib, bir çoxu evsiz qalıb. Çadırlarda yaşamağa davam edən zəlzələdən zərərçəkənlər dağılmış binalardan əşyalarını xilas etməyə çalışıblar.
Hatayın Samandağ rayonunda yaşayan və evi zəlzələdə yararsız hala düşən qadının sözləri hər kəsi duyğulandırıb. Dağılmış binalardan zərər görməyən əşyalarını çıxaran qadın 17 ildən sonra dolab aldığını və həmin gün zəlzələ olduğunu deyərək göz yaşlarına hakim ola bilməyib: "17 il iki ki, dolabım yox idi. Dolab alıb quraşdırdıq. Həmin gün zəlzələ oldu. Onsuz da içəridə heç bir əşyam yoxdur. Kaş ki, dolabı götürə biləydim".
Günel