17 məktəbli diri-diri yandı

DÜNYA
13:56 25.05.2013
2208

Pakistanın şərqində məktəbli avtobusunda nasaz qaz balonunun partlaması nəticəsində 17 uşaq dünyasını dəyişib, daha 7 nəfər yaralanıb.

AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis nümayəndələri məlumat veriblər.Bir müddət əvvəl 15 nəfərin öldüyü bildirilirdi. “Bu çox kədərli hadisədir. Bizdə olan məlumatlara görə, ən azı 17 uşaq diri-diri yanıb. Partlayışdan sonra avtobusu alov bürüyüb”, - deyə polis zabiti Məhəmməd Rəşid bildirib.

OXŞAR XƏBƏRLƏR