17 yaşlı azərbaycanlı dünya çempionatında medal qazandı

İDMAN
10:04 12.08.2013
1244

Azərbaycan akademik avarçəkəni Boris Yotov karyerasında ilk dəfə dünya çempionatını medalla başa vurub.

Milli Avarçəkmə Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, 17 yaşlı təmsilçimiz Litvanın Trakay şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Ötən ilki mundialda da əsas finaladək irəliləmiş Yotov 6-cı yerlə kifayətlənmişdi. Bu dəfə isə idmançımız mükafatçılar sırasına düşməyi bacarıb. O, əsas finalda finişə 7 dəqiqə 9,54 saniyəyə çatıb. Daha öncə isə avarçəkənimiz 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Nailiyyətlərinə rəğmən, Yotov mükafatlandırma mərasimində o qədər də sevincli görünməyib. Səbəb onun builki Avropa çempionatında üstələdiyi polşalı Natan Veqrjiçki-Şimçikin bu dəfə 6 dəqiqə 59,69 saniyə nəticə ilə qızıl medala layiq görülməsi olub. Qitə çempionumuzu Trakayda serbiyalı Andriya Slyukiç də 8,05 saniyə geridə qoyub.
OXŞAR XƏBƏRLƏR