17 yaşlı gənc həmyaşıdı olan ögey anasını öldürdü

17 yaşlı gənc həmyaşıdı olan ögey anasını öldürdü
09:31 15.03.2013
1910
Türkiyədə 17 yaşlı yeniyetmə həmyaşıdı olan ögey anasını qətlə yetirib. Elazığ vilayətində baş vermiş hadisədə şübhəli şəxs atasının hamilə olan 17 yaşlı həyat yoldaşını güllələyib. Məlumata görə, Elazığ sakini – 3 həyat yoldaşı olan 49 yaşlı Ruhi Ayerdemin oğlu F.A.G. atasının 17 yaşlı dini nigahlı arvadı ilə naməlum səbəblə mübahisə edib. Yeniyetmə mübahisə zəminində 17 yaşlı hamilə qadını evdəki tüfənglə öldürüb.
OXŞAR XƏBƏRLƏR