17 yaşlı gənc küçədə bıçaqlanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda təcavüzkar ona siqaret verməyən gənci qarnından bıçaqlayıb.
Hadisə, saat 18.30 radələrində Mahmudiye Mahallesi Özfidanlık küçəsində baş verib. Küçədə gəzən M. A.-nın yanına adı hələ təyin olunmayan şəxs gələrək ondan siqaret istəyib. Muhammet A. həmin şəxsə siqaretinin olmadığını deyib. Bu vəziyyətdən qəzəblənən şəxs bıçağı M. A.-nın qarnına vuraraq qaçıb. Qarnında bıçaq qalan gənc yaralanıb.
Şübhəli şəxs qaçaraq yoxa çıxıb. Yaralı gənc qarnından bıçaqla hadisə yerinə göndərilən təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb. Gəncin mədəsindəki bıçağın əməliyyatla çıxarılacağı öyrənilib.
Polis qaçan şübhəlini axtarır.
Günel