Dostunun evinə apardığı qızı zorlayan gənc tutulub.
Kayseridə dostunun evinə apardığı 16 yaşlı qız tanışını zorlayan 17 yaşlı lisey şagirdi D.Ö.-yə hökm oxunub.
O, 10 il 6 ay azadlıqdan məhrum edilib.
Zorlanan L.B. istintaqa ifadəsində: "D.Ö. ilə görüşəndə narkotik qəbul etmək üçün dostunun yanına getməli olduğunu dedi. Mən də "tamam" dedim. Evdə narkotik istifadə edirdilər. D.Ö. məni evin başqa otağına aparıb, çılpaq fotolarımı çəkərək təhdid edib, zorla cinsi əlaqəyə girdi. Qışqırdım, amma digər otaqlarda da narkotik qəbul etdikləri üçün səsimi eşidən olmadı", - deyə bildirib.
///Milli.Az