17 yaşlı oğlan bacısına 21 bıçaq vurdu: “Pis yola düşmüşdü”- VİDEO

17 yaşlı oğlan bacısına 21 bıçaq vurdu: “Pis yola düşmüşdü”- VİDEO
SOSİAL
16:53 09.07.2024
484
"Atam rəhmətə gedəndən sonra bizə nənəm baxıb. Anam bizi atmışdı, başqa ailə qurmuşdu. Bir müddət sonra Qaxa gəldik, mən də ofisiant işlədim. Əmim fermada işləyirdi. Əmimə, nənəmə işlərdə kömək edirdim". 

Bu sözləri bacısını qətlə yetirdiyi üçün Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasında cəza çəkən 17 yaşlı məhkum deyib:

"Bacım öz istəyi ilə nişanlandı. Sonra başqa yollara əl atdın. Götürmədim onun elə olmağını. Yatdığı yerdə gedib vurdum"

Qətl iki il əvvəl Qaxda baş verib. Bacısının rəfiqəsi ilə yazışmasını görən Ruslan (şərti ad) onun əxlaqsız yola düşdüyünü fikirləşir. Kirayə qaldığı evə gələrək bacısına 21 bıçaq zərbəsi vurur. Ona 10 il həbs cəzası verilir.

Ətraflı İTV-nin sujetində:
 

OXŞAR XƏBƏRLƏR