17 yaşlı oğlan əmisini öldürdü

17 yaşlı oğlan əmisini öldürdü
SOSİAL
23:06 04.08.2023
313
Balakəndə 47 yaşlı kişi qətlə yetirilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Zalxayev Şahin Əhməd oğlunun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ş. Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Zalxayev Əhməd Məhəmməd oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR