Gəncədə 17 yaşlı yeniyetmə yanıq xəsarətləri alıb. AZXEBER.COM xəbər verir ki, 2009-cu il təvəllüdlü T. Şükürov bədənin müxtəlif nahiyyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, adıçəkilən şəxs bayram çərşənbəsində yandırılan tonqalda xəsarət alıb. Onun müalicəsi davam edir.