Türkiyənin Qaziantep rayonunda burun əməliyyatı zamanı beyninə qan sızdıqdan 10 gün sonra dünyasını dəyişən 17 yaşlı Kübranın üzərində aparılan tibbi ekspertizanın hesabatında tükürpədən fakt yer alıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, məlum olub ki, həkim əməliyyat zamanı tibbi qaydalara düzgün riayət etməyib.
Tibbi ekspertizanın rəyindən sonra Kübra Özüberkin ölümünə səbəb olan həkim barəsində cinayət işi açılıb.