17 yaşlı qız canını nənəsinə qurban etdi - FOTOLAR

DÜNYA
18:03 15.10.2014
2520
Türkiyənin İzmir şəhərində evlərin birində başlanan güclü yanğın zamanı gənc qız ölüb.Yanğın mobil telefonun adaptorunda yaranan qısaqapanma zamanı baş verib.Hadisə 4 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Yanğın zamanı evin 17 yaşlı Aycan Yüceyurt nənəsinin mətbəxtdə qaldığını görüb. Gənc qız sevimli nənəsini alovun içindən xilas edib. Lakin özü evdən çıxa bilməyib.Aycan Yüceyurt xilas olunmaq üçün özünü eyvandan yerə atıb. Lakin qız beton yerə düşüb. Ağır yaralanan qız xəstəxanaya aparılarkən yolda ölüb.Yanğın güclü olduğundan onu söndürmək də mümkün olmayıb. Nəticədə bütün ev külə dönüb.
OXŞAR XƏBƏRLƏR