17 yaşlı türk gəncini ABŞ-da öldürdülər

DÜNYA
10:20 29.04.2014
1103
Amerikalı qarajına girən türk gənci öldürüb.ANS PRESS-in verdiyi məlumata görə, ABŞ-ın Montana ştatının Missoula şəhərində təhsil alan 17 yaşlı türk gənc Diren Dədə gecə yarısı amerikalı Marcus Kaarmanın qarajına girib. Qaraj sahibi isə onu başından vuraraq öldürüb.Missoula şəhərindəki ''Big Sky High School''da təhsil alan Dədənin eyni zamanda məktəbin futbol komandasının ulduz oyunçularından olduğu bildirilir.Polisin verdiyi məlumata görə, Almaniya vətəndaşı olan Dədə gecə yarısı girdiyi qarajda güvənlik həyəcanı çalması ilə evdə yaşayan Kaarma tərəfindən başından vurulub. Xəstəxanaya qaldırılan Dədə həkimlərin səylərinə baxmayaraq həlak olub.Dədəni vuran Marcus Hendrik Kaarma cinayətdə günahlandırılaraq nəzarətə alınıb. Türk gəncinin nə səbəbə qaraja girdiyi və hadisənin necə baş verdiyi araşdırılır.
OXŞAR XƏBƏRLƏR