Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3-cü yeri tutub.
AZXEBER.COM xəbər verir ki, 3-cü yer uğrunda bu gün keçirilmiş qarşılaşmada yığmamız Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib.Xatırladaq ki, turnir çərçivəsində keçirdiyi ilk oyunda Belarus yığmasını 1:0 hesabı ilə məğlub edən futbolçularımız ikinci qarşılaşmada Litva komandasına eyni hesabla məğlub olmuşdu.