Azxeber.com portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Karl Raberder adlı milyonçu keçmiş günlərinə qayıtmaq üçün bütün sərvətini paylayıb. Buna səbəb isə, Karlın xoşbəxtliyi pulda görməməsi olub. Milyonçu bu addımı ilə ölkə gündəmində böyük marağa səbəb olub.
32 yaşına qədər meyvə-tərəvəz satan Karl, sonralar öz firmasını yaratmağa nail olub . 47 yaşından sonra sabiq milyonçu şəxsi təyyarəsini, maşınlarını, Alp dağlarında villasını sataraq ev və interyer üçün aksesuarların satışı ilə məşğul olan şirkətilə vidalaşmağı qərara alıb.
İndi isə, Karl pulları xeyriyyəçiliyə sərf etmək niyyətindədir. O, Latın Amerikası və Afrikada kasıb insanlara kömək etmək üçün plan da hazırlayıb. Hazırda sabiq milyonçu Avstriyanın İnsbruk şəhərində birotaqlı mənzildə yaşayır