AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Günel «qala» qrupunun solisti olan Ceyhunla münasibətlərini ictimaiyyətə açıqlamamağa çalışsa da, onların dostları bu münasibətlər haqda çoxdan xəbərdardır.
Günelin özü bu haqda sualı nə təsdiq, nə də təkzib edib.
«Bizim münasibətlərimiz haqda xəbərlərin yayılmasını istəmirəm. Yalnız onu deyə bilərəm ki, Ceyhunla yaxın dostuq və onunla duet yazdırmağa hazırlaşırıq. Duet Ceyhunun Anar Məmmədovun sözlərinə bəstələdiyi «Bezdirdin» mahnısına yazılacaq», - deyə ifaçı qeyd edib.