177 kilo çəkisi vardı, 63 kq oldu - FOTOLAR

DÜNYA
16:09 23.10.2014
4943
Şotlandiyanın Qlazqo şəhərində yaşayan Treysi Henderson nəfəs almağa belə, çətinlik çəkirdi. 177 kq çəkiyə malik 30 yaşlı qadın həddən artıq izafi çəkisindən dolayı, tənəffüs problemlərini qarşılamaqla yanaşı, orqanizmində müxtəlif fəsadlardan əziyyət çəkirdi.
AZXEBER.COM Daily Mirror-a istinadən bildirir ki, Treysinin dediyinə görə, mənzilində vanna otağına da keçəndə çətinliklərlə üzləşirdi.
"Uşaqlıq illərimdə məktəbdə sinif yoldaşlarım məni sürəkli ələ salır, gülürdülər. Ona görə özümə inamım qalmamışdı. Arıqlamaq əvəzinə, ruhdan düşüb daha da çox yeyirdim", - Treysi deyib.
Sinəsində kəskin ağrılar başlayanda xəstəxanaya yollanan qadına həkimlər mütləq şəkildə arıqlamasını tapşırıblar. Əks təqdirdə Treysi Hendersonun orqanizmində ağır xəstəliklər başlanacaqdı.
Bundan sonra Treysi pəhriz saxlayıb, idman edib.
Sonucda Treysi 114 kq arıqlayıb. İndi onun çəkisi 63 kiloqramdır və qadın fitnes təlimatçısı işləyir.
OXŞAR XƏBƏRLƏR