18 gündür yerin altından tüstü qalxır – Ekspert səbəbi açıqladı

18 gündür yerin altından tüstü qalxır – Ekspert səbəbi açıqladı
DÜNYA
00:05 24.02.2023
389
Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Diyarbakırın Kayapınar rayonunda 18 gündür yerdən çıxan tüstü ətrafdakıları narahat edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Diyarbakırın Kayapınar mahalında boş ərazidəki xarabalıqlar arasından yerin altından tüstü qalxmağa başlayıb.

18 gündür tüstü çıxmağa davam edərkən ətrafdakı insanlar mütəxəssis Orxan Kavaka məlumat verib. Bölgəyə gedən professor araşdırma üçün tüstünün çıxdığı yerdən nümunə götürüb.

O bildirib ki, bu tüstünün zəlzələlərlə heç bir əlaqəsi yoxdur:

"Buradakı tüstülərin baş verən zəlzələlərlə heç bir əlaqəsi yoxdur. Bu nümunələri araşdıracağıq. Belə qənaətə gəldik ki, bu tüstülər insan orqanizminə ziyan vuran qoxulu tüstülər yaydığından tez bir zamanda zərərsizləşdirilməlidir. Odur ki, bu bünövrənin dibində nə qədər bərk məişət tullantılarının olduğunu müəyyənləşdirmək və ən qısa zamanda məhv etmək lazımdır. Bu daxili yanmanın sonu da tapılan bərk tullantıların miqdarına görə dəyişəcək”.

Ayşən
 

 


OXŞAR XƏBƏRLƏR