Türkiyənin Dənizli vilayətində 24 yaşlı Ö.M. 18 gün öncə ailə həyatı qurduğu Makbule K.-ni (24) boğaraq öldürüb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, hadisə dünən saat 23.00 radələrində qeydə alınıb.
İddiaya görə, cütlüyün toylarından sonra aralarında tez-tez mübahisələr olurmuş. Ö.K. arvadını döyürmüş.
Ö.K.-nin həyat yoldaşını hansı səbəbdən öldürdüyü bilinmir.
Makbuleni əlləri ilə boğub öldürdükdən sonra Ö.M. taksi ilə yaşadığı ərazidən uzaqlaşmağa çalışıb. Mərhumun qohumlarının məlumatından sonra polislər taksini saxlayaraq təqsirli əri yaxalayıblar.
Məlumata görə, Makbule K toydan öncə Ö.K.-dən şiddət gördüyü üçün polisə şikayət edib. Ö.K.-yə Makbuledən uzaq gəzmək qərarı verilməyinə baxmayaraq, toyları olduğu ortaya çıxıb.