"18 innovativ layihənin hər birinə 25 min manat vəsait ayrılıb"

İQTİSADİYYAT
15:39 25.07.2022
281
İnnovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir: "Bu innovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb. Təhsil Nazirliyi və SABAH.lab Startap Akselerasiya Mərkəzi tərəfindən keçirilmiş "Baku ID Summer'22" (Bakı İnvestisiya Günü) startapların təşviqi, yerli layihələrin xarici investorlara təqdim edilməsi baxımından önəmlidir".
OXŞAR XƏBƏRLƏR