18 yaşlı Aidənin öldüyü hadisənin görüntüləri yayıldı - VİDEO

18 yaşlı Aidənin öldüyü hadisənin görüntüləri yayıldı - VİDEO
DÜNYA
16:24 29.01.2026
719

Gürcüstanın Qardabani şəhərində 27 yanvar tarixində piyada yolu keçən 18 yaşlı Aidə Qurbanovanın yol-nəqliyyat hadisəsinə məruz qalmasının anbaan görüntüləri yayılıb.

AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, ərazidəki təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə əsasən, 27 yanvar saat 22:29 radələrində yolu keçən gənc qız sürətlə hərəkət edən avtomobilin vurması nəticəsində hadisə yerində həyatını itirib.

Qeyd edək ki, faktla bağlı istintaq davam etdirilir. Polis 1992-ci il təvəllüdlü M.M.-ni saxlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.

Bildirilib ki, saxlanılan şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR