Ukraynanın Kiyev şəhərində qətl hadisəsi baş verib. AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladimir adlı 18 yaşlı gənc bacısının statusuna şərh yazan 27 yaşlı Oleqi öldürüb. Hadisəyə səbəb mərhumun statusa "Kristina, bu günü bizdə keçirərsənmi?" şərhi olub. Maraqlıdır ki, Kristina özü bu suala "böyük məmnuniyyətlə keçirərəm" cavabını verib. Yazışmanı oxuyan Vladimir bacısının izinə düşərək 27 yaşlı Oleqin evinə gedib və onu öldürüb.
Polisin dediyinə görə, hadisənin iştirakçıları içkili olub.