18 yaşlı qız dayısı, atası, əmisi oğlu tərəfindən zorlandı

DÜNYA
14:48 07.06.2013
7944
Türkiyədə dəhşətli ailə cinayətinin üstü açılıb.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Düzce vilayətində yaşayan 18 yaşlı U.S.-in doğmaları tərəfindən dəfələrlə zorlandığı məlum olub.Belə ki, qız polisə şikayət edərək əri, dayısı və atası tərəfindən zorlandığını bildirib. Bundan başqa qız şikayətində bildirib ki, qeyri-rəsmi yaşadığı həyat yoldaşı tərəfindən başqa kişilərə pulla satılır.Qadının şikayəti əsasında polis qadının qeyri-rəsmi nikahda yaşadığı əri ilə yanaşı, atası, dayısı və olanları gizlətdiyi üçün dayısının arvadı da həbs olunublar. Dindirilmə zamanı onlar cinayəti etiraf ediblər. Onlar bildiriblər ki, qızı ilk dəfə 15 yaşında olarkən atasının əmisi oğlu, 63 yaşlı M.P. onu zorlayıb. Şikayət əsasında M.P. həbs olunub. M.P. həbs ediləndən sonra qızın dayısı zorlamağa başlayıb. Daha sonra qıza atası təcavüz edib.

OXŞAR XƏBƏRLƏR