18 yaşlı qızın boğazını qardaşı kəsibmiş

SOSİAL
11:24 23.06.2016
1813

Xəbər verdiyimiz kimi, 3 gün öncə Tovuzun Aşağı Quşçu kəndində 1998-ci il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti tapılıb.

AZXEBER.COM xəbər verir ki,kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun verdiyi xəbərə görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilibmiş.

Onun sözlərinə görə, hadisə qısqanclıq zəminində baş verib.

Bildirilir ki, 17 yaşlı qız keçən il orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürən atası başqa qadınla ailə qurubmuş.

///Report

OXŞAR XƏBƏRLƏR