19 iyun mitinqində tutulanlar dövlətdən təzminat istəyir

MARAQLI
04:11 24.06.2011
2075

Vəkilin sözlərinə görə, 3 sutka həbs alan Müsavat Partiyasının üzvü Ramin Baxış və bitərəf Nuşirəvan Məmmədovun cəzaları iyunun 22-də sona çatıb və mitinq məhbusları buraxılıblar.

Əsabəli Mustafayev bildirib ki, iyunun 24-də Bakı Apellyasiya Məhkəməsində mitinq məhbusları Orxan Çarçıyev və Qafqaz Məmmədovun şikayətinə baxılacaq. Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Carçıyev və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Qafqaz Məmmədov 5 sutka azadlıqdan məhrum ediliblər: “Orxan Çarçıyevin şikayətinə hakim Sahibxan Mirzəyev, Qafqaz Məmmədovun şikayətinə isə hakim Mirzəli Abbasov baxacaq. Apellyasiya şikayətində Orxan Çarçıyevin döyülməsinin, polis bölməsində ac-susuz saxlanmasının, Qafqaz Məmmədovun isə polis bölməsində, əməliyyatçının otağında səhərə qədər oturaq vəziyyətdə, ac-susuz saxlanmasının qeyri-insani rəftar və işgəncə kimi qiymətləndirilməsini, mitinqin dağıdılmasının və həbslərin qanunsuz hesab olunmasını xahiş etmişik. Dövlətin Oxran Çarçıyevlə Qafqaz Məmmədovun hər birinə 4 min manat təzminat ödəməsini istəyirik”.

İctimai Palatanın 19 iyun mitinqində digər həbs olunanlar - Vahid Abbasov (Müsavat Partiyasının üzvü) və Elçin Əhmədov (Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü) 5 sutka azadlıqdan məhrum ediliblər. "Azadlıq" qəzeti

 

OXŞAR XƏBƏRLƏR