Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Krım körpüsünün hissələrinin birində yanğın baş verib.
Yanacaq çəni dolu yük maşınının partlaması nəticəsində meydana gəlib.
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Rusiya müharibənin başladığı ilk ərəfələrdə körpünün "S-400"lər tərəfindən qorunduğunu açıqlamışdı. Krım körpüsünün uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.
Partlayış anının videosunu təqdim edirik.