19 min manata görə 'ilişdi'

19 min manata görə
18:20 05.03.2013
1091
Özgə əmlakını talamış şəxs barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, şirkətə məxsus külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi barədə Bakı şəhərində fəaliyyət göstərən “Camal LTD” MMC-dən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb. Müəyyən edilib ki, cəmiyyətin satış meneceri Emil Niftalıyevə etibar edilmiş malın 2012-ci ilin iyun-iyul ayları ərzində qalığının yoxlanması zamanı 18 min 935 manat məbləğində çatışmazlıq aşkar edilib. Cəmiyyət tərəfindən keçirilmiş audit yoxlaması zamanı həmin çatışmazlıq təsdiqini tapıb.
OXŞAR XƏBƏRLƏR