19 yaşlı braziliyalı "Fənərbaxça"da oynamaq istəyir - Ailəsi də razıdır

İDMAN
15:09 09.07.2024
162
Braziliyanın "Korintias" klubunun gənc futbolçusu Uezli Teyşeyra "Fənərbaxça"da oynamaq istəyir.

AzxeberSport xəbər verir ki, futbolçu və ailəsi bu transferin reallaşmasını istəyirlər.

Braziliya liqasında driblinq kralı olan Teyşeyra "Çelsi"nin 30 milyon avroya aldığı Estavionu da qabaqlayıb.

Qeyd edək ki, 19 oyunda meydana çıxan 19 yaşlı futbolçu 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Klubla müqaviləsi 2027-ci ildə bitəcək braziliyalının bazar dəyəri 10 milyon avrodur.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR