19 yaşlı qızın intiharına səbəb olan şəxs: “Videolarını əylənmək üçün yaydım”

19 yaşlı qızın intiharına səbəb olan şəxs: “Videolarını əylənmək üçün yaydım”
SOSİAL
16:39 01.06.2022
1488
Ötən il noyabrın 27-də Yasamal rayonunda yerləşən "Qələbə Residence” yaşayış kompleksindən 19 yaşlı Fatimə Nemətovanın (ad və soyad şərti) özünü ataraq intihar etməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AZXEBER.COM Qafqazinfo-ya istinadla xəbər verir ki, gənc qızın telefonunu oğurlayan və daha sonra onun açıq-saçıq görüntülərini sosial şəbəkələrdə yayan 2004-cü il təvəllüdlü Nadir (şərti) həbs edilib. Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 156.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (oğurluq - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə təqsirləndirilib. Ona yekunda 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmə prosesində məlum olub ki, intihardan əvvəl Nadir sosial şəbəkədə universitetlərdən birinin memarlıq fakültəsinin 2-ci kurs tələbəsi olan Fatimənin profilini taparaq ona yazıb. Onlar bir müddət yazışdıqdan sonra parkda dostları ilə birlikdə görüşüblər.

Belə ki, 21 noyabr 2021-ci il tarixdə saat 18 radələrində "AF Mall” ticarət mərkəzinin qarşısında baş tutan görüş zamanı 18 yaşlı oğlan onun gödəkçəsinin cibindən dəyəri 1829 manat dəyərində "Apple Iphone 11” markalı mobil telefonu oğurlayıb. Bundan sonra Nadir qızın telefonunda olan çoxsaylı açıq-saçıq foto və videoları başqa telefona köçürüb, oğurladığı telefonu isə dostunun şəxsiyyət vəsiqəsi ilə 800 manata satıb. Bu satışdan o, özünə 120 manat dəyərində geyim əşyaları və ayaqqabı, eləcə də 600 manat dəyərində "Apple Iphone X” markalı mobil telefonu alıb. Daha sonra isə Fatimənin telefonundan köçürdüyü açıq-saçıq görüntüləri 22 noyabr 2021-ci il tarixdə saat 16 radələrində çoxsaylı izləyiciləri olan "Telegram” sosial şəbəkəsində "Dirçəliş 22/30” adlı səhifədə yayıb. 

Bundan sonra dostları Fatiməyə onun pornoqrafik görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildiriblər. Fatimə isə həmin görüntülərin oğurlanmış telefonundan götürüldüyünü deyib. O, daha sonra dostuna: "Hər şey üçün çox sağ ol, məni yaddan çıxart, çox təəssüf edirəm ki, sonluq belə oldu, biz onunla səni həmişə sevəcəyik, artıq heç nəyin mənası qalmayıb”, - sözlərini yazıb və yaşadığı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyub.

Məhkəmədə təqsirləndirilən Nadir törətdiyi əmələ görə özünü təqsirli bildiyini deyib. O, Fatimənin görüntülərini əylənmək məqsədilə yaydığını qeyd edib:

"Həmin videoları paylaşmaqda məqsədim əylənmək idi. Hər-hansı maddi və sair nemət qarşılığında bunu etməmişəm”.

Məhkəmədə Fatimənin atası da ifadə verərək qızının ölümündən əvvəl anasına mesaj yazdığını bildirib:

"Fatimə ölümündən öncə anasının istifadəsində olan, lakin hazırda bütün əlaqəli məlumatları silinmiş kompüter vasitəsilə yaşamaq istədiyini, sevmək istədiyini, lakin pis insanların buna imkan verməməsi, anasını çox sevməsi barədə sosial şəbəkələrin birində yazı yazmışdı”.

Qeyd edək ki, Nadir ona verilmiş 4 il 6 aylıq cəzanı ümumi rejimli müəssisədə çəkəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
Evini 3,2 milyona satır - Fotolar
04:20 12.10.2026
Evini 3,2 milyona satır - Fotolar
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
04:08 12.10.2026
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
03:50 12.10.2026
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
03:36 12.10.2026
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var
03:22 12.10.2026
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var