Azərbaycan Ordusunun əsgəri, Şirvan Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış ötən gün təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olan Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu Sumqayıtda dəfn ediləcək.Şəhidin qohumları sumqayitxeber.com saytına açıqlamasında bildirib ki, şəhidin atası xaricdədir, dəfn üçün onun gəlməsini gözləyirlər. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da şəhid ailəsinə baş çəkib və dəfndə iştirak edəcəyi gözlənilir. //anspress