190-dan çox uşağı öldürən qatil vəfat etdi

190-dan çox uşağı öldürən qatil vəfat etdi
DÜNYA
13:43 13.10.2023
313
Kolumbiyada 190-dan çox uşağı qətlə yetirən qatil Luis Alfredo Qaravito dünyasını dəyişib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, 66 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ölkənin şimalındakı Valledupar şəhərindəki xəstəxanada dünyasını dəyişən Qaravitonun həbs müddətinin bir hissəsini orada keçirdiyi, ölüm səbəbi isə hələlik açıqlanmayıb.

"Cenova canavarı” kimi tanınan Qaravito 1999-cu ilin aprelində saxlanılarkən 190-dan çox uşağın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qaravitonun azadlığa buraxılması son illərdə gündəm olub və ölkədə reaksiya doğurub.
 
O zamankı prezident İvan Duke Qaravitonun 2021-ci ildə azad edilməsinin mümkün olmadığını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR