190 manat alıb, qarpız qıran “Zevs”lə bağlı - RƏSMİ AÇIQLAMA

SOSİAL
17:25 11.07.2020
13976
"Ruslan Yaşar oğlunun aldığı 190 manatlıq birdəfəlik ödəməni mənasız bir əyləncəyə sərf etdiyi əksini tapıb.

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərə heç bir halda məmur-vətəndaş təması olmadan, onların mövcud yaşayış vəziyyətinin əyani müayinəsi aparılmadan, yalnız müxtəlif dövlət orqanlarının e-informasiya sistemlərindəki məlumatlar əsasında avtomatik şəraitdə baxılaraq qərar verilib.

Ödəmə alanların siyahısı isə bu sahədə ictimai aşkarlığa önəm verilməsinin göstəricisi kimi və ictimai nəzarətə şərait yaradılması üçün Nazirliyin saytında açıqlanıb. Burada məqsədimiz həm də odur ki, əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlər aşkarlansın və kəskin ictimai qınağa hədəf olsunlar".

AZXEBER.COM xəbər verir ki, bunu Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, Ruslan Quliyevin bu il aprelin 9-da birdəfəlik ödəmə almaq üçün etdiyi müraciətə e-sistem tərəfindən baxılarkən, onun bu vəsaiti almaq üçün qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu müəyyən edilib:

"Adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olması müəyyən edilməyib. Bu səbəbdən ona ödəmə təyin olunub. "Bununla belə, Ruslan Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında "harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:40 11.08.2020

Nazir: “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

13:31 11.08.2020

Çavuşoğlu: “Həmsədrlər münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”

13:16 11.08.2020

Ceyhun Bayramov Çavuşoğlu ilə mətbuat konfransı keçirir - CANLI YAYIM

13:15 11.08.2020

Rusiyada məktəblər sentyabrın 1-dən açılır

13:01 11.08.2020

Restoran və kafelər açılsa necə fəaliyyət göstərəcək?

12:43 11.08.2020

Dünyada ilk dəfə koronavirus vaksini qeydiyyatdan keçdi - Rusiyada

12:43 11.08.2020

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

12:42 11.08.2020

“AccessBank” Sahibkarlığın İnkişafı Fondu ilə birgə pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək olacaq

12:21 11.08.2020

Bakıda bələdiyyə əməkdaşı zibilliyə görə cərimələndi

12:17 11.08.2020

Beynəlxalq Bank “FICOSiron®” proqramının tətbiqini başa çatdırdı

12:02 11.08.2020

Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş keçirildi

11:57 11.08.2020

Daha bir aparıcıya nazirlikdə vəzifə verildi

11:41 11.08.2020

Qanunsuz olaraq Gürcüstana keçməyə çalışan 14 nəfər saxlanıldı: Yeddisi uşaqdır - FOTO

11:21 11.08.2020

Lukaşenkonun seçkilərdə əsas rəqibi Belarusu tərk etdi

11:07 11.08.2020

Saatlıda polis toyu yarımçıq dayandırdı

11:01 11.08.2020

Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz — DİQQƏT

X Mostbet