1938-ci ildə çəkilmiş filmdə eynilə müasir cib telefonlarına bənzər cihaz görüntüsü aşkarlanıb.
AZXEBER.COM-un məlumatına görə, ABŞ-da çəkilmiş filmdə yer alan bu görüntülər mobil telefonların 75 il əvvəl mövcud olması ilə bağlı iddiaların meydana çıxmasına səbəb olub.
Belə ki, filmdə gənc xanım mobil telefona bənzəyən cihazı qulağına tutaraq danışır. Görüntülər ortaya çıxdıqdan sonra bir nəfər həmin xanımın onun nənəsi olduğunu bildirib. Həmin filmə çəkilərkən nənəsinin 17 yaşında olduğunu bildirən “Planetcheck” ləqəbli nəvə məsələni araşdırdığını deyib. O, nənəsindən məsələ ilə bağlı məlumat alıb: “Bu qadın mənim nənəm Qertrude Consdur. Ondan bu video haqda soruşduqda hər şeyi dəqiq xatırladığını dedi. O zaman naqilsiz telefon təcrübəsi aparıldığını və onunla birlikdə 5 nəfərə 1 həftə ərzində sınaq üçün bu telefonların verildiyini bildirdi.”
Qeyd edək ki, daha bir nəfər hadisəni təsdiqləyib.