Çempionlar Bakıya qayıtdı

İDMAN
11:17 24.01.2011
1866

Futbolçuları gətirən təyyarə saat 13:00 radələrində hava limanına eniş edib. Oyunçuları azarkeşlər və media mənsubları qarşılayıb. Klub üzvləri "Birlik kuboku"nu nümayiş etdiriblər. Klubun üzvü Rövşən Əmiraslanov jurnalistlərə bu qələbənin gələcək oyunlarda qələbə qazanmaq üçün stimul olacağını bildirib. "Ermənilər üzərində qazanılan qələbə həm Azərbaycandakı, həm də Rusiyadakı azərbaycanlı azarkeşlər üçün xüsusi əlamətdar oldu", deyə futbolçu qeyd edib. Daha sonra komanda avtobusla hava limanını tərk edib.

Xatırladaq ki, “İnter” “Birlik Kuboku”nda finaladək 5 oyunda qələbə qazanıb. Qrup mərhələsində “Neftçi”, “İstiklol”, “İsra-Stal” klublarını müvafiq olaraq 3:0, 3:0 və 1:0 hesabı ilə məğlub edən çempionumuz ¼ final mərhələsində Ermənistan təmsilçisi “Mika”nı 4:0, yarımfinalda isə Rusiyanın “Zenit” klubunu 5:0 hesabı ilə məğlub etmişdi. Finalda isə Belarusun “Şaxtyor” klubunu oyunsonrası penalti zərbələri ilə 6:5 məğlub edib./// qaynar.info

OXŞAR XƏBƏRLƏR