Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması keçirilib. Püşkə əsasən bir - birinə rəqib olacaq komandalar müəyyənləşib.
Maraqlı cütlüklərlə müşahidə olunan püşkatmada ən diqqət çəkən məqam Madrid klubundan son illər, eləcə də, ötən mövsüm üstün olan Fransanın "Olimpik Lion" komandası ilə "Real"ın yenə bir-birinə rəqib olmasıdır.
Daha bir maraqlı cütlüyü isə "Arsenal" və "Barselona" komandaları təşkil edirlər. Çempionlar Liqasının sonuncusunda final matçında qarşılaşmış "İnter" ilə "Bayern" - in (Münhen) bir-birinə rəqib olması da qeyri-adi nəticə kimi yadda qalıb.
1/8 final mərhələsinin qarşılaşmaları:
"Roma" - "Şaxtyor"
"Milan" - "Tottenhem"
"Valensiya" - "Şalke"
"İnter" - "Bayern" M.
"Olimpik Lion" - "Real"
"Arsenal" - "Barselona"
"Olimpik Marsel" - "Mançester Yunayted"
"Kopenhagen" - "Çelsi"
1/8 final mərhələsinin ilk oyunları 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları isə 8-9 və 15-16 martda keçiriləcək.