Çevik Polis Alayına yeni komandir təyin edilib

Bütün Xəbərlər
06:52 14.05.2011
4318
Bu barədə «APA»ya Çevik Polis Alayından bildirilib. 

Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə Daxili Qoşunların Qubada yerləşən «N» saylı hərbi hissəsinin komandiri Zaur Abdullayev Çevik Polis Alayına komandir vəzifəsinə təyin edilib. 

Ötən həftə Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.  Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. 

DİN-in Çevik Polis Alayının komandiri Səhləb Bağırov isə tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

 

OXŞAR XƏBƏRLƏR