İstanbuldakı Beşiktaş Kültür Mərkəzinin hazırladığı "Çok Güzel Hareketler Bunlar" (ÇGHB) komedi-şousu "Kanal D"-ni tərk edib. BKM TNT telekanalı ilə müqavilə imzalayıb. Yanvarın sonlarından etibarən "Çok Güzel Hareketler Bunlar" şousu TNT telekanalında nümayiş etdiriləcək.
Qeyd edək ki, TNT kanalına Azərbaycanda yalnız peyk antenası vasitəsilə baxmaq mümkündür. Adıçəkilən kanal KATV-də yoxdur.